​Sabah “Azercell”in bəzi xidmətlərində çətinliklər yaranacaq

İKT
  • 17 mart, 2016
  • 06:19
​Sabah “Azercell”in bəzi xidmətlərində çətinliklər yaranacaq

Bakı. 17 mart. REPORT.AZ/ Martın 18-də “Azercell Telecom” MMC-nin bəzi xidmətlərində çətinliklər yarana bilər.

“Report” “Azercell”in elanına əsasən xəbər verir ki, şirkət tərəfindən göstərilən xidmətlərin keyfiyyətinin daha da artırılması məqsədi ilə təkmilləşdirmə işləri aparılacaq.

Bununla əlaqədar martın 18-i gecə saatları ərzində “Azercell”in bəzi xidmətlərinin istifadəsində müvəqqəti çətinliklərin yaranması mümkündür.