Biləsuvar, Cəlilabad və İmişlidə Anım Günü ilə bağlı tədbirlər keçirilib

Daxili siyasət
  • 27 sentyabr, 2026
  • 15:06
Biləsuvar, Cəlilabad və İmişlidə Anım Günü ilə bağlı tədbirlər keçirilib

27 Sentyabr – Anım Günü ilə əlaqədar Azərbaycanın Muğan bölgəsində şəhidlərin xatirəsi yad olunub.

"Report"un Muğan bürosunun məlumatına görə, Biləsuvar, Cəlilabad və İmişli rayonlarında anım tədbirləri keçirilib.

Mərasimlərdə rayon icra hakimiyyətlərinin rəhbərləri, hüquq-mühafizə orqanlarının nümayəndələri, din xadimləri, şəhid ailələri, qazilər və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları rayonların Şəhidlər xiyabanlarını ziyarət edərək şəhid olan hərbi qulluqçuların məzarları önünə gül dəstələri düzüblər.

Şəhidlərin ruhuna dualar oxunub.

Saat 12:00-da isə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

44 - Tezliklə