"Philip Morris International": Azərbaycan müasir iqtisadiyyat qurur
- 11 iyun, 2026
- 10:31
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan bilik və elmi tərəqqidən inkişaf və firavanlığın gətirən müasir iqtisadiyyat qurur.
"Report" xəbər verir ki, bunu "Philip Morris International" şirkətinin MDB üzrə Xarici Əlaqələr direktoru Aleksey Kim "Dayanıqlılıq və enerji transformasiyası" mövzusunda Bakıda keçirilən "Technovation" Forumunda bildirib.
Onun sözlərinə görə, olkə o qədər dərin iqtisadi və institusional transformasiya keçirib ki, istər Şərqdə, istərsə də Qərbdə bir çoxları bunu yalnız arzulaya bilər: "Azərbaycan sözlə deyil, əməllə sübut edib ki, dəyişikliyə və transformasiyaya açıqdır. Təbii ki, 20-ci əsrin əvvəlindən başlayaraq enerji resursları böyük rol oynadı. Lakin enerji hasilatı çox güclü bir mühərrik olmaqla yanaşı innovasiya mühərrikidir - miqyas, mürəkkəblik və təcililik tələb edir. Qabaqcıl texnologiyanın təbii resurslardan çox-çox kənarda səhiyyədən infrastruktura, hətta sonradan təmiz enerji transformasiyasına qədər sahələri formalaşdıraraq hər kəsin xeyrinə inkişaf etdirilə biləcəyini görən ölkənin liderləri oldu".
Aleksey Kim əlavə edib ki, Azərbaycana və onun ambisiyalarına heyran olmaq olar: "Ölkə çox aydın bir vizyonla - bu ölkədə fəaliyyət göstərən hər bir vətəndaşa və hər bir şirkətə görünən bir vizyonla - resurslarla zəngin ölkədən daha diversifikasiya olunmuş, bilik tutumlu iqtisadiyyata və innovasiyaya əsaslanan mərkəzə çevrilir".