ETX: "Cloudflare" xidmətindən istifadə edən bir çox veb resurslarında müvəqqəti dayanma baş verib
İKT
- 05 dekabr, 2025
- 13:55
Bu gün "Cloudflare"in qlobal infrastrukturunda müşahidə olunan fasilələr nəticəsində ölkəmizdə "Cloudflare"xidmətindən istifadə edən bir çox veb resurslarında müvəqqəti dayanma baş verib.
"Report" xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) məlumat yayıb.
Bildirilir ki, dayanmalara səbəb kimi "Cloudflar"in son günlərdə "Aisuru botnet" tərəfindən həyata keçirilən rekord həcmli DDoS hücumlarını dəf etməsi ilə əlaqəli yük artımı göstərilir.
Şirkət hücumları neytrallaşdırsa da, qlobal trafikdə yaranan dalğalanmalar bəzi lokal resursların əlçatanlığında qısamüddətli problemlərə səbəb olub.
Hazırda xidmətlər tam bərpa edilib və sabit fəaliyyət göstərir.
Son xəbərlər
15:58
AFFA rəsmisi: "Qarabağ"la rəqabət aparan komandaların sayının artması Premyer Liqaya rəng qatır"
Futbol15:55
Füzulidə iranlı narkotacir saxlanılıb, ondan 41 kq marixuana aşkarlanıb
Hadisə15:54
Foto
11 ayda Şəki Reabilitasiya Mərkəzində 7600-dən çox şəxsə xidmət göstərilib
Sosial müdafiə15:53
Foto
BMTM və XİN-in birgə təşkilatçılığı ilə media təlimi keçirilib
Xarici siyasət15:52
Foto
Yunanıstanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib
Xarici siyasət15:50
İlham Əliyev: "Böyük Qayıdış" bu gün dünya miqyasında ən uğurla icra edilən qayıdış proqramıdır
Daxili siyasət15:49
Azərbaycan konteyner yüklənməsinin dinamikasına görə ikinci olub - HESABAT
İnfrastruktur15:48
Foto
Azərbaycan-ABŞ enerji əməkdaşlığının yeni mərhələdə inkişafı müzakirə edilib
Energetika15:47