Azərbaycanda fərdi məlumatların mühafizəsi haqqında qanun yenilənir

İKT
  • 09 oktyabr, 2025
  • 14:32
Azərbaycanda fərdi məlumatların mühafizəsi haqqında qanun yenilənir
Fərid Zeynalov

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) "Fərdi məlumatların mühafizəsi haqqında" qanunun yeni layihəsini hazırlayıb.

"Report" xəbər verir ki, bunu ETX-nin rəisi Fərid Zeynalov "Kritik İnfrastrukturun Müdafiə Yarışı" (CIDC-2025) tədbiri çərçivəsində keçirilən konfransda bildirib.

Onun sözlərinə görə, hazırda qanun layihəsinə baxılır:

"İstənilən yenilik təhlükəsizliklə balanslaşdırılmış şəkildə həyata keçirilməlidir və bu innovasiyalar insanların hüquqlarının qorunmasına da xidmət etməlidir. Bunun üçün müvafiq qanunvericilik bazasının olması vacibdir. Ümid edirik ki, hazırlanmış yeni qanun layihəsi müasir çağırışlara cavab verəcək və vətəndaşların hüquqlarının etibarlı şəkildə qorunmasına xidmət edəcək".

F. Zeynalov qeyd edib ki, istər "ağıllı şəhər"lərin infrastruktur elementləri, istərsə də IoT cihazlar və mobil telefonlar olsun, onların hamısında kütləvi şəkildə müxtəlif fərdi məlumatlar toplanır:

"Buraya şəxsiyyət, davranış, biometrik göstəricilər və əməliyyatlara dair məlumatlar daxildir. Bu isə öz növbəsində kütləvi şəkildə kibertəhlükəsizlik riskləri yaradır. İstənilən sadə avadanlığın proqram təminatında və ya digər texniki aspektində yaranan boşluq bütün infrastrukturun kompromitasiya olunmasına gətirib çıxara bilər. Nəticədə fərdi məlumatların oğurlanması və digər təhlükəli halların baş verməsi riski artır".

Son xəbərlər

Bütün Xəbər Lenti