​Snayperlər hazırlığı kursunun növbəti buraxılışı olub - VİDEO

Hərbi
  • 19 aprel, 2016
  • 07:39
​Snayperlər hazırlığı kursunun növbəti buraxılışı olub - VİDEO

Bakı. 19 aprel. REPORT.AZ/ Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində snayperlərin təkmilləşdirilməsi kursunun növbəti buraxılışı keçirilib. Kursu müvəffəqiyyətlə bitirənlərə sertifikatlar təqdim edilib.

Bu barədə “Report”a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Kursda əsas diqqət snayperlərin çətin ərazi və hava şəraitində həyatda qalma və dəqiq atəşaçma bacarıqlarının təkmilləşdirilməsinə yönəldilib.

Qabaqcıl təcrübə və üsullardan istifadə etməklə təşkil olunan kurslara Müdafiə Nazirliyinin bütün hərbi hissələrində xidmət keçən snayperlərin cəlb edilməsi planlaşdırılır.

​Snayperlər hazırlığı kursunun növbəti buraxılışı olub - VİDEO