Ali Radanın alt komitəsinin sədri: Azərbaycanın qələbəsi Ukrayna xalqı üçün əhəmiyyətli nümunədir

Hərbi
  • 08 noyabr, 2025
  • 11:34
Ali Radanın alt komitəsinin sədri: Azərbaycanın qələbəsi Ukrayna xalqı üçün əhəmiyyətli nümunədir

Azərbaycanın Ermənistan üzərində qələbəsi Ukrayna vətəndaşları üçün çox simvolik və əhəmiyyətli bir nümunədir.

Bunu "Report"un Şərqi Avropa bürosuna, Ukrayna Ali Radasının Müdafiə, Təhlükəsizlik və müdafiə sahəsində innovasiyalar üzrə alt komitəsinin sədri Fedor Venislavski bildirib.

O qeyd edib ki, Qafqazda gərginlik ocağını qorumaq üçün mübahisəli əraziləri saxlamağa çalışan, status-kvonu qorumağa çalışan Rusiyanın səylərinə baxmayaraq, Azərbaycan uğurlu, bacarıqlı hərəkətlər nəticəsində öz ərazisini tam azad etdi:

"Azərbaycan ərazi bütövlüyünü və dövlət suverenliyini bərpa etdi və noyabrın 8-də özünün Zəfər Gününü qeyd edir. Düşünürəm ki, bu Ukrayna üçün çox yaxşı bir əlamət və çox yaxşı bir simvolik işarədir. Ukrayna xalqı ərazi bütövlüyü uğrunda çətin mübarizə illərinə baxmayaraq, nəticədə ərazi bütövlüyünün bərpa olunacağını gözləyir. Ukraynanın 1991-ci ilə qədər və Rusiyanın Ukraynanın ərazi suverenliyini və bütövlüyünü pozduğu 2013-2014-cü illərə qədər olduğu kimi, beynəlxalq səviyyədə tanınmış sərhədlər daxilində vahid, suveren, müstəqil dövlət olacağı nümunəsinə malik olacaq. Buna görə də mən Azərbaycan Respublikasını bu mühüm hadisə, bu mühüm bayram münasibətilə təbrik edirəm. Əminəm ki, bizim həm müdafiə, həm də iqtisadi sahədə birgə əməkdaşlığımız həm Ukrayna, həm də Azərbaycan üçün çox qarşılıqlı faydalı olacaq", - deyə, o, əlavə edib.

Son xəbərlər

Bütün Xəbər Lenti