Yevlaxda gənc qız bayram günü nişanlısı tərəfindən bıçaqlanıb

Hadisə
  • 01 yanvar, 2018
  • 12:45
Yevlaxda gənc qız bayram günü nişanlısı tərəfindən bıçaqlanıb

Yevlax. 1 yanvar. REPORT.AZ/ Yanvarın 1-nə keçən gecə Yevlaxda bıçaqlanma hadisəsi baş verib.

"Report”un Şirvan bürosu xəbər verir ki, 2000-ci il təvəllüdlü rayon sakini Rəfiqə Qasımova bıçaqlanaraq ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Əldə edilən məlumata əsasən, R.Qasımova qısqanclıq və mübahisə zəminində nişanlısı tərəfindən bıçaqlanıb.

Faktla bağlı araşdırma aparılır.

44 - Tezliklə