Xəzər dənizində zəlzələ baş verib

Hadisə
  • 24 sentyabr, 2016
  • 04:18
Xəzər dənizində zəlzələ baş verib

Bakı. 24 sentyabr. REPORT.AZ/ Sentyabrın 24-də saat 05:06-da Lənkərandan 48 kilometr şimal-şərqdə, Xəzər dənizi ərazisində zəlzələ qeydə alınıb.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən "Report"a verilən məlumata görə, maqnitudası 3 bal, dərinliyi isə 2 kilometr olan zəlzələ hiss edilməyib.