Xaçmaz sakininə xəsarət yetirən şəxs saxlanılıb
Hadisə
- 30 yanvar, 2019
- 07:48
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 30 yanvar. REPORT.AZ/ Xaçmaz sakininə xəsarət yetirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Report”a verilən məlumatda bildirilib ki, Quba Rayon Polis Şöbəsinə Xaçmaz rayon sakini Ş.Arginiskinin qapalı kəllə-beyin və kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilməsi barədə məlumat daxil olub.
Polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb. Araşdırmalarla hadisənin yanvarın 29-da rayonun Gültəpə kəndi ərazisində Xaçmaz şəhər sakini X.Aydınov tərəfindən törədilməsi müəyyən edilib.
Əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən sağlamlığa ağır zərər vurmaqda şübhəli bilinən X.Aydınov polis əməkdaşları tərəfindən saxlanılıb.
Quba RPŞ-də araşdırma aparılır.
Son xəbərlər
14:40
"Fox News": ABŞ-də 9 noyabr İrana zərbələrin bərpası üçün uğurlu gün hesab edilir
Digər ölkələr
14:36
Polşada təyyarələrdə bomba təhlükəsi ilə bağlı 20-dən çox yalan məlumat qeydə alınıb
Digər ölkələr
14:36
İlham Əliyev və Mehriban Əliyeva Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər
Elm və təhsil
14:33
Naxçıvan üzrə noyabr ayının pensiyaları ödənilib
Sosial müdafiə
14:29
"Turan Tovuz"un futbolçusu Denis Marandiçi Moldova millisinə dəvət alıb
Futbol
14:23
Çexiyada genişmiqyaslı elektrik kəsintisi səbəbindən parlament iclası yarımçıq dayandırıb
Digər ölkələr
14:22
DÇ-2028: Azərbaycanla qarşılaşacaq Latviya seçməsinin heyəti açıqlanıb
Futbol
14:22
Azərbaycana gələn turistlərin xərcləri 13 %-ə yaxın azalıb
Turizm
14:16
Azərbaycanda bayram günlərində mənşə sertifikatı verilməsi davam etdiriləcək
Biznes