"Fox News": ABŞ-də 9 noyabr İrana zərbələrin bərpası üçün uğurlu gün hesab edilir

Digər ölkələr
  • 06 noyabr, 2026
  • 14:40
Fox News: ABŞ-də 9 noyabr İrana zərbələrin bərpası üçün uğurlu gün hesab edilir

ABŞ-də noyabrın 9-da İrana zərbələr endirmək üçün potensial əlverişli şəraitin olduğunu bildiriblər.

"Report" xəbər verir ki, bu barədə "Fox News" yüksək rütbəli ABŞ rəsmilərinə istinadən məlumat yayıb.

Telekanalın həmsöhbətlərinin sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp milli təhlükəsizlik komandası ilə İrana qarşı hərbi əməliyyatların bərpasının mümkünlüyünü müzakirə edib. Ağ Evdə müşavirələr çərşənbə və cümə axşamı keçirilib.

Tramp Oval kabinetdə jurnalistlərlə söhbət zamanı bildirib ki, Vaşinqton İranın nüvə proqramına son qoymaq üçün növbəti zərbələrlə bağlı qərar qəbul edəcək.

"Mən imkan daxilində ölkənin qalan hissəsini məhv etməməyə üstünlük verərdim, lakin ola bilsin ki, bunu etməli olacağam. Tezliklə bu barədə biləcəksiniz", - prezident bildirib.

"Fox News"un yaydığı məlumata görə, ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı İranda genişmiqyaslı əməliyyatların mümkün bərpası üçün hazırlıqları başa çatdırır, lakin Vaşinqtondan hələ ki yeni əmr verilməyib.