DÇ-2028: Azərbaycanla qarşılaşacaq Latviya seçməsinin heyəti açıqlanıb

Futbol
  • 06 noyabr, 2026
  • 14:22
DÇ-2028: Azərbaycanla qarşılaşacaq Latviya seçməsinin heyəti açıqlanıb

Futzal üzrə DÇ-2028-in əsas mərhələsində Azərbaycanla qarşılaşacaq Latviya seçməsinin heyəti açıqlanıb.

"Report" xəbər verir ki, yığmanın baş məşqçi Massimiliano Bellarten 15 futzalçıya dəvət göndərib.

Reyner Murneiks, İqor Labuts, Maksim Troiçki, Renard Udris, Nikita Yelaqov, Edqar Tarakanov, Vlad Rimku, Viktor Kulepov, Sergey Motil, Emil Atamanukov, Artyom Kozlovski, Andjey Mikeviç, Andrey Baklanov, Nik Edyus Berzin millinin heyətində yer alacaqlar.

Komandanın çalışdırıcısı Massimiliano Bellarten Azərbaycanla oyunla bağlı Latviya Futbol Federasiyasının mətbuat xidmətinə açıqlama verib:

"Azərbaycan millisi təcürbəli və güclü komandalardan biridir. Onların püşk zamanı ikinci səbətdə qərarlaşmaları təsadüfi deyil. Bu qarşılaşma bizim böyüməyimiz və uğur qazanmağımız üçün bir fürsətdi. Artıq yüksək səviyyəli yarışlara, seçmə oyunların təzyiqinə uyğunlaşmalıyıq. Biz iki il yarım əvvəl bir yola çıxdıq və qarşımıza məqsəd qoyduq ki, Latviyada futzalın səviyyəsini qaldıraq, yerli futzalçıları inkişaf etdirək, rəqabət aparacaq gücə malik milli komanda formalaşdıraq. Bu istiqamətdə işimizi davam etdiririk".

Qeyd edək ki, Azərbaycan – Latviya oyunu noyabrın 8-də, saat 20:00-da Bakı İdman Sarayında start götürəcək.

44 filmi