Tovuzda binada yanğın nəticəsində iki nəfər tüstüdən zəhərlənib
Hadisə
- 02 mart, 2016
- 19:46
Bakı. 2 mart. REPORT.AZ/ Axşam saatlarında Tovuz rayonunda 5 mərtəbəli binanın sonuncu mərtəbəsində yanğın baş verib.
"Report" xəbər verir ki, Aybəniz Dəmirovaya məxsus mənzildə qeydə alınan yanğın nəticəsində iki nəfər tüstüdən zəhərlənərək Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Tovuz Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən maşını cəlb olunub. Yanğın söndürülüb.
Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil.
Son xəbərlər
08:53
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (25.08.2026)
Maliyyə08:38
Media: ABŞ - Kanada danışıqlarının dayandırılmasında kimin israr etdiyi məlum olub
Digər ölkələr08:20
Foto
Bakının bir sıra yollarında tıxac yaranıb
İnfrastruktur08:13
Türkiyədə sərnişin avtobusu ilə yanacaq maşını toqquşub, onlarla insan xəsarət alıb
Region07:48
Venesuelada zəlzələ qurbanlarının sayı artıb
Digər ölkələr07:21
Hillari Klinton: ABŞ silah çatışmazlığı səbəbindən çətin vəziyyətdədir
Digər ölkələr06:55
Ağdamda 57 yaşlı kişi qətlə yetirilib, hadisəni törətməkdə kürəkəni şübhəli bilinir
Hadisə06:41
Şeynbaum Vaşinqtonla ticarət sazişinin mümkünlüyünü açıqlayıb
Digər ölkələr06:11