Media: ABŞ - Kanada danışıqlarının dayandırılmasında kimin israr etdiyi məlum olub
- 25 avqust, 2026
- 08:38
Yeniliklərdən dərhal xəbərdar olun!
ABŞ və Kanada arasında ticarət danışıqları Birləşmiş Ştatların ticarət naziri Hovard Latnik israrından sonra dayandırılıb.
"Report" "Bloomberg"ə istinadən xəbər verir ki, Latnik son anda müzakirə olunan razılaşmanın şərtlərinin Kanada üçün çox faydalı olduğunu bildirib və Amerikanın metal istehsalçılarının xeyrinə əlavə güzəştlər tələb edib.
Eyni zamanda, Kanada rəsmisi agentliyə Latnikin danışıqların dayandırılmasına töhfə verdiyini, lakin uğursuzluğunun əsas səbəbi olmadığını söyləyib. Onun sözlərinə görə, danışıqların son günlərində ABŞ-nin hədəfləri ilə bağlı fundamental problemlər yaranıb, nəticədə müzakirələr yekunlaşıb.
Xatırladaq ki, daha əvvəl ABŞ-nin ticarət danışıqlarındakı nümayəndəsi Ceymison Qrir Ottavanın Vaşinqtonun fikrincə, onun üçün əlverişli ticarət sazişindən imtina etdiyini söyləyib. Bununla əlaqədar ABŞ avqustun 22-dən Kanada mallarının ayrı-ayrı kateqoriyalarına 50 faiz rüsum tətbiq edib.
Kanadanın Baş naziri Mark Karni ABŞ ilə danışıqların dayandırıldığını təsdiqləyib və sentyabrın 8-də tətbiq edilməsi planlaşdırılan cavab rüsumlarının hazırlandığını bildirib. O, baş verənləri Vaşinqtonun başladığı ticarət müharibəsi adlandırıb.
ABŞ Prezidenti Donald Tramp öz növbəsində, 1 yanvar 2027-ci il tarixindən etibarən Kanada avtomobillərinə, avtomobillərin ehtiyat hissələrinə və poladlara 50 faiz rüsum tətbiq etmək planlarını açıqlayıb.