Şeynbaum Vaşinqtonla ticarət sazişinin mümkünlüyünü açıqlayıb
- 25 avqust, 2026
- 06:41
Yeniliklərdən dərhal xəbərdar olun!
Meksika Prezidenti Klaudiya Şeynbaum ABŞ ilə hər iki ölkənin maraqlarını nəzərə alan ticarət sazişinin bağlanacağına ümid etdiyini bildirdi.
"Report"un "Bloomberg"ə istinadən məlumatına görə, Şeynbaum bu barədə mətbuat konfransında bildirib.
"Biz ABŞ ilə razılığa gəlməyə çalışırıq. Əminəm ki, bu mümkündür", - Prezident deyib.
O, həmçinin qeyd edib ki, Meksika ABŞ və Kanada arasında ticarət əlaqələrinin inkişafını yaxından izləyir. Meksikanın iqtisadiyyat naziri Marselo Ebrard hazırda ABŞ-dədir və mövcud tariflərin azaldılması ilə bağlı danışıqlar davam edir.
"Xatırladım ki, alüminium və polada 50 faiz, avtomobillərə isə 25 faiz tarif tətbiq edirik. Bu tariflərin necə azaldılacağını anlamaq üçün bir ildən çoxdur, çalışırıq", - Şeynbaum deyib.
Onun sözlərinə görə, Vaşinqton danışıqlar zamanı ticarət sazişinin şərtlərinin pozulmasını qeyd edib. Meksika tərəfi bəzi iddiaları əsassız hesab edir, lakin bir sıra tələblərlə razılaşır.
Şeynbaum həmçinin Meksikanın ABŞ-yə ixracda, xüsusən elektronika sahəsində əhəmiyyətli dərəcədə artım olduğunu qeyd edib. O, Vaşinqtonun malların Meksika vasitəsilə ABŞ-yə rüsumsuz daxil olması ilə bağlı sözdə trianqulyasiyaya son qoyulmasını tələb etdiyini söyləyib.
Eyni zamanda, Meksika Prezidenti ABŞ-nin hələ də Çindən və digər ölkələrdən gələn elektron məhsullara oxşar tariflər tətbiq etmədiyini vurğulayıb.