Britaniyanın Baş naziri ABŞ-də Trampla Ukraynaya yardım məsələsini müzakirə edəcək
- 25 avqust, 2026
- 06:11
Yeniliklərdən dərhal xəbərdar olun!
Böyük Britaniyanın Baş naziri Endi Börnhem sentyabrda BMT Baş Assambleyasının yüksək səviyyəli həftəsində iştirak etmək üçün ABŞ-yə səfər etməyi planlaşdırır.
"Report"un "Bloomberg"ə istinadən məlumatına görə, Britaniyanın Baş naziri bu barədə agentliyə müsahibəsində bildirib.
"Sentyabrda Nyu-Yorka getməyi səbirsizliklə gözləyirəm", - Börnhem deyib. O, qeyd edib ki, bu, Baş nazir kimi ABŞ-yə ilk səfəri olacaq.
"Bloomberg"in məlumatına görə, Börnhem səfəri zamanı ABŞ Prezidenti Donald Trampı qışdan əvvəl Ukraynaya Amerikanın "Patriot" hava hücumundan müdafiə sistemi üçün tutucu raketlər verməyə inandırmaq niyyətindədir.
Bundan əlavə, Baş nazir Avropa liderlərinin BMT Baş Assambleyası zamanı Ukraynaya yardım üzrə "İstəklilər koalisiyası"nın iclasını keçirməyi düşündüklərini açıqlayıb.
"Bu, hələ təsdiqlənməyib, lakin əksəriyyət buna meyllidir", - Börnhem bildirib.