Sumqayıtda kişi qətlə yetirilib, arvadı şübhəli bilinir
Hadisə
- 09 avqust, 2023
- 06:49
Sumqayıtda kişi qətlə yetirilib, arvadı şübhəli bilinir.
Bu barədə "Report"a Sumqayıt Şəhər Prokurorluğundan məlumat verilib.
Bildirilib ki, avqustun 9-da Sumqayıt şəhərinin Corat qəsəbə sakini 1987-ci il təvəllüdlü Ağahüseyn İmanovun öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.
Aparılmış araşdırmalarla 1989-cu il təvəllüdlü Əfsanə Məmmədovanın yaşadıqları evdə bıçaqla əri Ağahüseyn İmanova xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Fakta görə Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Əfsanə Məmmədova hadisədən sonra könüllü təslim olub.
İbtidai istintaq davam etdirilir.
Son xəbərlər
06:14
Britaniya qaçqınlardan 10 min funt sterlinq kompensasiya ödəməyi tələb edəcək
Digər ölkələr06:07
Foto
DÇ-2026: Niderland - Mərakeş oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-2
Futbol05:37
Qustavo Alfaro: "Paraqvay millisi əziyyət çəkmədən heç nəyə nail ola bilmir"
Futbol05:30
Yulian Naqelsman: "Oyunun taleyini penaltilərə qalmadan həll etməli idik"
Futbol05:18
Tramp neft şirkətlərindən ölkədə benzinin qiymətini aşağı salmağı tələb edib
Digər ölkələr04:50
London hərbi dronların inkişafına 5 milyard funt sterlinqdən çox vəsait ayıracaq
Digər ölkələr04:17
Türkiyədə mikroavtobusla avtomobil toqquşub, çox sayda yaralı var
Region03:56
Paraqvayın qapıçısı Orlando Hil Almaniya ilə oyunun ən yaxşısı adına layiq görülüb
Futbol03:28
Foto