Yulian Naqelsmann: "Oyunun taleyini penaltilərə qalmadan həll etməli idik"

Futbol
  • 30 iyun, 2026
  • 05:30
Yulian Naqelsmann: Oyunun taleyini penaltilərə qalmadan həll etməli idik

Almaniya - Paraqvay matçının taleyi penaltilərə qalmadan həll olunmalı idi.

"Report" xarici mediaya istinadən xəbər verir ki, bunu Avropa təmsilçisinin baş məşqçisi Yulian Naqelsmann Paraqvaya qarşı DÇ-2026-nın 1/16 final mərhələsinin oyunundan sonra mətbuat konfransında deyib.

Mütəxəssis məğlub olduqları matçı şərh edib:

"Paltardəyişmə otağında böyük məyusluq hökm sürür. Təəssüf ki, futbolda belə hallar yaşanır. Görürük ki, bəzi komandalar sadə üsullarla da qalib gələ bilir. Belə vəziyyətlərdə həmin üsullara qarşı oyunun sonuna qədər diqqətlə müdafiə olunmalısan. Rəqibi geri çəkilməyə və müdafiə olunmağa məcbur etməkdə gecikdik. Topu cərimə meydançasına daha tez-tez göndərə bilərdik. Oyunun taleyini penaltilər seriyasına qalmadan həll etməli idik. Hücumlar qurarkən top dövriyyəmiz həddindən artıq ləng idi".

Qeyd edək ki, Almaniya - Paraqvay matçının əsas və əlavə vaxtı 1:1 hesablı bərabərliklə başa çatıb. Penaltilər seriyasında daha dəqiq oynayan (4:3) Paraqvay 1/8 finala yüksəlib.

44 filmi