Qustavo Alfaro: "Paraqvay millisi əziyyət çəkmədən heç nəyə nail ola bilmir"
- 30 iyun, 2026
- 05:37
Yeniliklərdən dərhal xəbərdar olun!
Paraqvay millisi əziyyət çəkmədən heç nəyə nail ola bilmir.
"Report" xarici mediaya istinadən xəbər verir ki, bunu adıçəkilən komandanın baş məşqçisi Qustavo Alfaro Almaniyaya qarşı DÇ-2026-nın 1/16 final mərhələsinin oyunundan sonra mətbuat konfransında deyib.
Mütəxəssis qalib gəldikləri görüşü şərh edib:
"Futbolçularım sona qədər əzmlə mübarizə apardılar. Ləğv edilən qol epizodu da qeyri-müəyyənlik yaratmışdı. Həmin vəziyyətdə Orlando cərimə meydançasına göndərilən topu qarşılamaq üçün çıxmaq istəyərkən ona mane oldular. Xüsusilə də alman futbolçuların boy üstünlüyünü nəzərə alsaq, bu, çox vacib məqam idi. Xoşbəxtlikdən komandamız bu çətinliyin öhdəsindən gəldi. Biz əziyyət çəkmədən heç nəyə nail ola bilmirik. Penaltilər seriyasında iki zərbə fərqi ilə üstün idik və elə bilirdik ki, artıq qalib gəlmişik. Amma qalibi müəyyənləşdirmək üçün altıncı penalti zərbəsinə qədər gözləməli olduq".
Qeyd edək ki, Almaniya - Paraqvay matçının əsas və əlavə vaxtı 1:1 hesablı bərabərliklə başa çatıb. Penaltilər seriyasında daha dəqiq oynayan (4:3) Paraqvay 1/8 finala yüksəlib.