DÇ-2026: Niderlandı məğlub edən Mərakeş 1/8 finala yüksəlib – YENİLƏNİB-8

Futbol
  • 30 iyun, 2026
  • 07:54
DÇ-2026: Niderlandı məğlub edən Mərakeş 1/8 finala yüksəlib – YENİLƏNİB-8

Futbol üzrə dünya çempionatında Mərakeş Niderlandı məğlub edib.

"Report"un məlumatına görə, Monterrey stadionunda keçirilən 1/16 final matçının əsas və əlavə vaxtında qalib müəyyənləşməyib – 1:1.

Niderlandın heyətində Kodi Qapko (72), Mərakeşdə isə İssa Diop (90+1) fərqləniblər.

Qalibi müəyyənləşdirmək üçün yerinə yetirilən penaltilər seriyasında daha dəqiq (3:2) oynayan Afrika təmsilçisi 1/8 finala yüksəlib.

Mərakeş 1/8 finalda Kanada ilə qarşılaşacaq. Matç iyulun 4-də keçiriləcək.

Futbol üzrə dünya çempionatının Niderland – Mərakeş oyununda əlavə vaxt başa çatıb.

"Report"un məlumatına görə, Monterrey stadionunda keçirilən 1/16 final matçının əlavə vaxtında da qələbə qazanan olmayıb – 1:1.

Qalibi müəyyən etmək üçün penaltilər seriyasına ehtiyac duyulub.

Futbol üzrə dünya çempionatının Niderland - Mərakeş oyununda əlavə vaxt başlayıb.

"Report"un məlumatına görə, Monterrey stadionunda keçirilən 1/16 final mərhələsinin matçında bərabərlik davam edir – 1:1.

Qalibi müəyyən etmək üçün hər biri 15 dəqiqədən ibarət əlavə iki hissə oynanılacaq. Burada da tərəflərdən biri üstün ola bilməsə, penaltilər seriyasına ehtiyac duyulacaq.

Futbol üzrə dünya çempionatının Niderland - Mərakeş oyununda əsas vaxt başa çatıb.

"Report"un məlumatına görə, Monterrey stadionunda keçirilən 1/16 final mərhələsinin matçında qələbə qazanan olmayıb – 1:1.

Qalibi müəyyən etmək üçün hər biri 15 dəqiqədən ibarət əlavə iki hissə oynanılacaq. Burada da tərəflərdən biri üstün ola bilməsə, penaltilər seriyasına ehtiyac duyulacaq.

Futbol üzrə dünya çempionatının Niderland - Mərakeş oyununda ikinci qol vurulub.

"Report"un məlumatına görə, Monterrey stadionunda keçirilən 1/16 final mərhələsinin matçında afrikalılar hesabı bərabərləşdirİblər - 1:1.

90+1-ci dəqiqədə İssa Diop topu rəqibin qapısından keçirib.

Futbol üzrə dünya çempionatının Niderland - Mərakeş oyununda hesab açılıb.

"Report"un məlumatına görə, Monterrey stadionunda keçirilən 1/16 final mərhələsinin matçında niderlandlılar hesabda önə keçiblər - 1:0.

72-ci dəqiqədə Kodi Qapkonun zərbəsi dəqiq olub.

Futbol üzrə dünya çempionatının Niderland - Mərakeş oyununda ikinci hissə başlayıb.

"Report"un məlumatına görə, Monterrey stadionunda keçirilən 1/16 final mərhələsinin matçında hesab açılmayıb - 0:0.

Qarşılaşmanı braziliyalı FIFA referisi Vilton Sampayo idarə edir.

Futbol üzrə dünya çempionatının Niderland - Mərakeş oyununda ilk hissə başa çatıb.

"Report"un məlumatına görə, Monterrey stadionunda keçirilən 1/16 final mərhələsinin matçının ilk hissəsində tərəflər fasiləyə qolsuz bərabərliklə yollanıblar – 0:0.

Qarşılaşmanı braziliyalı FIFA referisi Vilton Sampayo idarə edir.

Futbol üzrə dünya çempionatının Niderland - Mərakeş oyunu başlayıb.

"Report"un məlumatına görə, 1/16 final mərhələsinin matçı Monterrey stadionunda keçirilir.

Qarşılaşmanı braziliyalı FIFA referisi Vilton Sampayo idarə edir.