Sərxoş vəziyyətdə sərnişin daşıyan avtobus sürücüsü həbs edilib
Hadisə
- 18 avqust, 2025
- 12:19
Azərbaycanda sərxoş vəziyyətdə sərnişin daşıyan “İsuzu” markalı avtobus sürücüsü həbs edilib.
Bu barədə "Report"a Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.
Bildirilib ki, Ekoloji nəzarət postunda yoxlama zamanı nəqliyyat vasitəsini idarə edən, Ağcabədi rayonu sakini Əliyev Tural Hüseyn oğlunun alkoqollu içki qəbul etməsinə əsaslı şübhələr yarandığından onun tibbi müayinədən keçirilməsi təmin edilib. Müayinənin nəticəsinə əsasən, sürücünün sərxoş vəziyyətdə olduğu təsdiqlənib.
Sürücü barəsində müvafiq sənədləşmə aparılaraq toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib və məhkəmənin qərarı ilə T.Əliyev 15 gün müddətinə inzibati qaydada həbs edilib.
Son xəbərlər
07:35
İran ABŞ hərbi bazasında "əsas obyekt"i vurduğunu bildirib - YENİLƏNİB
Digər ölkələr07:20
"WSJ": ABŞ və Səudiyyə Ərəbistanı arasında saziş uranın 20%-dək zənginləşdirilməsinə imkan verir
Digər ölkələr06:39
"Axios": Uitkoff BƏƏ liderinin milli təhlükəsizlik müşaviri ilə gizli görüş keçirib
Digər ölkələr06:17
ABŞ hökumətinin maliyyələşdirilməsi dekabrın 11-dək uzadılıb
Digər ölkələr05:52
Tramp: Nikolas Maduroya qarşı yeni ittihamlar irəli sürülə bilər
Digər ölkələr05:29
Misirdə avtobus qəzasında 22 nəfər ölüb
Digər ölkələr04:55
Minneapolis şəhərindəki atışmada azı 2 nəfər ölüb - YENİLƏNİB
Digər ölkələr04:44
ABŞ-da nazirin olduğu təyyarə mühərrikdəki nasazlığı səbəbindən məcburi eniş edib
Digər ölkələr03:48