"Axios": Uitkoff BƏƏ liderinin milli təhlükəsizlik müşaviri ilə gizli görüş keçirib

Digər ölkələr
  • 03 sentyabr, 2026
  • 06:39
Axios: Uitkoff BƏƏ liderinin milli təhlükəsizlik müşaviri ilə gizli görüş keçirib

ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff ötən həftəsonu Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) milli təhlükəsizlik məsələləri üzrə müşaviri, şeyx Tahnun bin Zayed Al Nəhyanla görüşərək İranla bağlı atılacaq növbəti addımları müzakirə edib.

"Report" xəbər verir ki, bu barədə "Axios" görüşün gedişatı ilə tanış olan iki mənbəyə istinadən məlumat yayıb.

Nəşrin mənbələrinin bildirdiyinə görə, daha əvvəl ictimaiyyətə açıqlanmayan görüş İtaliyanın Sardiniya adasında keçirilib.

Tərəflər İran ətrafında yaranmış böhranın nizamlanması istiqamətində növbəti addımları, eləcə də bir sıra digər məsələləri müzakirə ediblər.

"Axios"un qeyd etdiyi kimi, Tahnun bin Zayed Al Nəhyan BƏƏ-nin ən nüfuzlu şəxslərindən biridir. O, ölkə Prezidenti Məhəmməd bin Zayed Al Nəhyanın qardaşı və milli təhlükəsizlik məsələləri üzrə müşaviridir. Bundan başqa, Tahnun bin Zayed Əbu-Dabinin hakim müavini vəzifəsini tutur.

O, həmçinin BƏƏ-nin investisiya və texnologiya maraqlarının əhəmiyyətli hissəsinə nəzarət edir.

Ağ Ev şərh üçün göndərilən sorğuya cavab verməyib.

44 filmi