Şəkidə cərimə ödənişini gecikdirmiş sürücülərə qarşı reyd keçirilib - FOTO

Hadisə
  • 08 noyabr, 2017
  • 20:31
Şəkidə cərimə ödənişini gecikdirmiş sürücülərə qarşı reyd keçirilib - FOTO
REPORT

Şəki. 9 noyabr. REPORT.AZ/ Şəkidə inzibati xəta törətdiyi üçün cərimə olunmuş, lakin cərimə ödənişini gecikdirmiş sürücülərə qarşı reyd keçirilib.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, 3 saat ərzində keçirilən reyd zamanı 100-ə yaxın avtonəqliyyat vasitəsi saxlanılıb, qayda pozan 30-a yaxın sürücü isə İnzibati Xətalar Məcəlləsinə müvafiq olaraq cərimələniblər.

Reyd zamanı digər qaydaları pozan sürücülər də inzibati qaydada cərimə olunub, iki sürücünün avtomobili cərimə meydançasına aparılıb.

Şəki DYPB-dən verilən məlumata görə, cərimələri ödəməyən sürücülərə qarşı bu cür reydlər davam etdiriləcək.