Şəkidə üç gün öncə inək vuran 70 yaşlı kişi ölüb

Hadisə
  • 06 mart, 2024
  • 05:51
Şəkidə üç gün öncə inək vuran 70 yaşlı kişi ölüb

Martın 2-də Şəki rayonunda inək yaşlı kişini vurub.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə zamanı xəsarət alan 1954-cü il təvəllüdlü Fikrət İsmayılov xəstəxanaya yerləşdirilib.

Xəsarət alan 70 yaşlı kişi dünən xəstəxanada həyatını itirib.

44 - Tezliklə