Samuxda istixanada nöqsanlar aşkarlanıb
Hadisə
- 30 mart, 2023
- 07:19
Samuxda fəaliyyət göstərən istixanada bir sıra nöqsanlar aşkar edilib.
Bu barədə "Report"a Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.
Bildirilib ki, Agentlik əməkdaşları tərəfindən Samux rayonu, Əhmədbəyli kəndində yerləşən Mirzəyev Səyavuş Suliddin oğluna məxsus istixanada aparılmış planlı yoxlama zamanı bir sıra nöqsanlar aşkar edilib. Belə ki, işçi heyətin tibbi müayinədən keçmədiyi və xüsusi geyimlə təmin olunmadığı, həmçinin saxlanma anbarında istifadə müddəti bitmiş 3 adda pestisid və aqrokimyəvi maddə müəyyən edilib. Aşkar olunmuş nöqsanlarla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib və icrası məcburi göstərişlər verilib.
Son xəbərlər
13:28
Modern.az 17 yaşını qeyd edir
Media13:25
İlhamə Qədimova: "Balıqçılıqla bağlı yoxlamalar ilk növbədə təsərrüfatın düzgün qurulmasına yönəlib"
ASK13:19
Sahibə Qafarova: Azərbaycan Qoşulmama Hərəkatının prinsiplərini praktiki fəaliyyətə çevirir
Xarici siyasət13:15
AXA: Azərbaycanda yerli toxum təminatı 2030-cu ilə qədər 100 %-ə çatdırılacaq
ASK13:15
"Embafinans" BOKT-un istiqrazlarına 51 investor maraq göstərib
Maliyyə13:14
Mirziyoyev "ŞƏT plyus" formatını dialoq meydançası kimi inkişaf etdirməyi təklif edib
Xarici siyasət13:13
ABB-nin səhmləri üzrə təkrar bazarda yeni marketmeyker müəyyənləşib
Maliyyə13:12
Şuşa şəhəri Dövlət Qoruğu İdarəsi auditor seçib
Maliyyə13:12