Modern.az 17 yaşını qeyd edir

Media
  • 01 sentyabr, 2026
  • 13:28
Modern.az 17 yaşını qeyd edir

Bu gün Modern.az xəbər agentliyinin fəaliyyətə başlamasından 17 il ötür.

"Report" xəbər verir ki, sayt 2009-cu il sentyabrın 1-də fəaliyyətə başlayıb.

Fərqli təqdimatları, özünəməxsus layihələri, müsahibə və araşdırmaları ilə populyarlıq qazanan portal həm də gündəlik və operativ xəbər istehsalı ilə məşğuldur.

Modern.az-ın Azərbaycanda və dünyada baş verən hadisələrə qərəzsiz, obyektiv yanaşması, bitərəf mövqeyi oxucu auditoriyası tərəfindən rəğbətlə qarşılanır. Sayt tək Azərbaycanda deyil, ölkə xaricində yaşayan soydaşlarımız tərəfindən də izlənilən xəbər istehsalçısına çevrilib.

Xəbər Agentliyinin təsisçisi və baş direktoru Elşad Eyvazlıdır.

"Report" İnformasiya Agentliyi Modern.az-da çalışan həmkarlarını təbrik edir, onlara fəaliyyətlərində uğurlar arzulayır!