"Embafinans" BOKT-un istiqrazlarına 51 investor maraq göstərib

Maliyyə
  • 01 sentyabr, 2026
  • 13:15
Embafinans BOKT-un istiqrazlarına 51 investor maraq göstərib

Bu gün "Bakı Fond Birjası" QSC-də (BFB) "Embafinans" QSC bank olmayan kredit təşkilatının (BOKT) 7 milyon manatlıq istiqrazlarının 3 milyon manatlıq faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlarının ilk tranşının yerləşdirilməsi üzrə hərrac keçirilib.

Bu barədə "Report"a BFB-dən bildirilib.

Məlumata görə, hər birinin nominal dəyəri 100 manat olan 30 000 ədəd istiqraz kütləvi təklif üsulu ilə yerləşdirilib. İstiqrazlara 51 investor 3 milyon manatlıq 51 sifariş təqdim edib. Son nəticədə yerləşdirmə tam baş tutub.

Qiymətli kağızlar 1 il tədavüldə olacaq. Onların illik gəlirliliyi 13 %-dir. Faizlər rüblük ödəniləcək. Prosesin anderrayteri "Unicapital İnvestisiya Şirkəti" ASC-dir.

Emitent tədavül müddətində qiymətli kağızları nominal dəyərindən aşağı olmamaq şərti ilə geri almaq öhdəliyinə malikdir.

44 filmi