İlhamə Qədimova: "Balıqçılıqla bağlı yoxlamalar ilk növbədə təsərrüfatın düzgün qurulmasına yönəlib"

ASK
  • 01 sentyabr, 2026
  • 13:25
İlhamə Qədimova: Balıqçılıqla bağlı yoxlamalar ilk növbədə təsərrüfatın düzgün qurulmasına yönəlib

Azərbaycanda balıqçılıqla bağlı yoxlamalar ilk növbədə təsərrüfatın düzgün qurulmasına yönəlib.

"Report" xəbər verir ki, bunu kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova bu günlərdə qüvvəyə minmiş "Toxumçuluq haqqında" və "Balıqçılıq haqqında" qanunlara həsr olunmuş mətbuat konfransında bildirib.

"Yanlış qurulmuş təsərrüfat ətrafdakı torpaq və su resurslarına zərər vura bilər", - deyə o qeyd edib.

Sahibkarlıq sahəsindəki yoxlamaların dayandırılmasına diqqət çəkən nazir müavini deyib ki, yeni sistem yerində yoxlamaları minimuma endirməyi və məsafədən monitorinqi nəzərdə tutur: "Əgər siz balıq dövriyyəsi nəzarət altındadırsa - yəni alış, satış, bunların kimdən kimə satılması və hansı balıqların satılması müşahidə edilrsə, prosesə nəzarət onsuz da asanlaşır. Birbaşa yerində monitorinq eləyib sahibkarı narahat eləyəcək modelə ehtiyac yoxdur".

O əlavə edib ki, Azərbaycanda məhsul subsidiyasının tətbiqi elektron satış aktlarına və elektron qaimələrə bağlıdır: "İstehsal olunan məhsulun həcmini və kimə satıldığını göstərən şəxsi kabinetlər dövlətə məsafədən effektiv monitorinq aparmaq imkanı yaradır. Bu müasir üsullar həm sahibkarın fəaliyyətini rahatlaşdırır, həm də dövlət nəzarətini gücləndirir".

"Təbii resursların müəyyən bir limiti var və bio-müxtəlifliyə bağlı olaraq kvota sabitdir. O zaman balıqçılıq sahəsində istehsalı artırmaq üçün süni şəkildə yetişdiriləcək təsərrüfatların doğru qurulması təmin edilməlidir. Bu gün əsas məqsəd odur ki, sahibkarlar çətinlik çəkməsin, qeydiyyat üçün rahat şərait yaradılsın. Onlar təsərrüfatlarını doğru avadanlıqla və qaydalara əməl edərək idarə etsinlər ki, nəticədə hər iki tərəf qazansın".

44 filmi