Salyanda avtomobil yol tikintisi işçilərini vurub
Hadisə
- 11 iyul, 2016
- 05:57
Salyan. 11 iyul. REPORT. AZ / Salyan rayonunda iki piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.
“Report”un Aran bürosu xəbər verir ki, hadisə Ələt-Astara magistral yolunun rayonun Çuxanlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, yol tikintisinin işçiləri olan Sumqayıt şəhər sakini, 43 yaşlı Habil Cəmil oğlu Səlimovu və Siyəzən rayon sakini, 33 yaşlı Əbdül Şahbala oğlu Səfərlini yolda gedərkən avtomobil vurub.
Müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan hər iki yaralı Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. İlk tibbi yardım göstərildikdən sonra Əbdül Səfərli Bakı şəhərinə göndərilib, Habil Səlimov isə reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
07:38
SEPAH: Hörmüz boğazı üzərində ABŞ-yə aid PUA vurulub
Region07:32
İran Prezidenti: Biz müharibə axtarışında deyilik
Region07:21
Bloomberg "Apple"da mümkün kadr dəyişiklikləri barədə məlumat əldə edib
Digər ölkələr07:07
Pezeşkian Bişkekə səfər edib - YENİLƏNİB
Region06:54
ABŞ İranın blokadası çərçivəsində 83 ticarət gəmisini kursunu dəyişməyə məcbur edib
Digər ölkələr06:22
ABŞ Hörmüzü minalamağa hazırlaşan SEPAH-a zərbə endirdiyini açıqlayıb
Digər ölkələr06:06
Çinin J-10C qırıcıları Özbəkistanda döyüş növbətçiliyinə başlayıb
Digər ölkələr05:45
Nikuşor Dan: ABŞ-nin Rumıniyada hərbi iştirakının genişləndirilməsi prioritetdir
Digər ölkələr05:17