ABŞ İranın blokadası çərçivəsində 83 ticarət gəmisini kursunu dəyişməyə məcbur edib

Digər ölkələr
  • 31 avqust, 2026
  • 06:54
ABŞ İranın blokadası çərçivəsində 83 ticarət gəmisini kursunu dəyişməyə məcbur edib

Amerika hərbçiləri İran limanlarının dəniz blokadasının bərpa edildiyi vaxtdan bəri 83 ticarət gəmisinin heyətini istiqaməti dəyişməyə məcbur ediblər.

"Report" xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) "X" sosial şəbəkəsində məlumat yayıb.

"Avqustun 30-na olan vəziyyətə görə, CENTCOM qüvvələri 83 kommersiya gəmisini yönləndirib, üçünü sıradan çıxarıb və daha ikisinə daxil olub", - məlumatda deyilir.

Xatırladaq ki, ABŞ İranın dəniz blokadasını iyulun 14-də bərpa edib. Avqustun 27-nə olan məlumata görə, Amerika qüvvələri 75 ticarət gəmisinin yönləndirildiyi barədə xəbər verirdi.

44 - Tezliklə