Pezeşkian Bişkekə səfər edib - YENİLƏNİB

Region
  • 31 avqust, 2026
  • 07:07
Pezeşkian Bişkekə səfər edib - YENİLƏNİB

İran Prezidenti Məsud Pezeşkian Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində iştirak etmək məqsədilə Qırğızıstanın paytaxtı Bişkekə yola düşüb.

"Report" "Tasnim"ə istinadən xəbər verir ki, Pezeşkian yüksəksəviyyəli nümayəndə heyətinə başçılıq edir.

İki günlük səfərin proqramına ŞƏT sammitində çıxış və bəzi liderlərlə görüş daxildir.

İran Prezidenti Məsud Pezeşkian sabah Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində iştirak etmək məqsədilə Qırğızıstanın paytaxtı Bişkekə səfər edəcək.

"Report" IRIB-yə istinadən xəbər verir ki, İran Prezidenti yüksəksəviyyəli nümayəndə heyətinin müşayiətində olacaq.

İki günlük səfərin proqramına ŞƏT sammitində çıxış və bəzi liderlərlə görüş daxildir.

Xatırladaq ki, Pezeşkianın rusiyalı həmkarı Vladimir Putinlə görüşü planlaşdırılır.