Saatlıda traktorla minik maşını toqquşub, 1 nəfər ölüb, 2-si yaralanıb
Hadisə
- 19 sentyabr, 2017
- 04:56
Saatlı. 19 sentyabr. REPORT.AZ/ Saatlıda 1 nəfərin ölümü, 2 nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib.
“Report”un Aran bürosu xəbər verir ki, hadisə ötən gün axşam saatlarında rayonun Fətəlikənd kəndində qeydə alınıb.
Belə ki, rayonun Azadakənd kənd sakini, 60 yaşlı Şakir Cabbarovun idarə etdiyi “Jiquli” markalı avtomobillə həmin kəndin sakini, 44 yaşlı Salman Atakişi oğlu Qasımovun idarə etdiyi traktorla toqquşub. Nəticədə avtomobilin sürücüsü hadisə yerində dünyasını dəyişib, traktorun sürücüsü və avtomobildə olan rayonun Azadakənd kənd sakini, 61 yaşlı Namiq Vilayət oğlu Abışov isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Saatlı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
20:06
Edqaras Yankauskas: "Təəssüf ki, Azərbaycan millisinə qalib gələ bilmədik"
Futbol19:37
Britaniyada beş nəfər terrorçuluq ittihamı ilə həbs edilib
Digər ölkələr19:26
Foto
Ayxan Abbasov: "Litvaya qarşı yüksək səviyyədə mübarizə apardıq"
Futbol19:25
Foto
Media və Yayım Şurasının rəhbərliyi, kollektivi şəhidləri anıb
Daxili siyasət19:13
Valeri Çeçelaşvili: Azərbaycan ərazi bütövlüyünü bərpası ilə regionda yeni imkanlar yarandı
Region18:53
Foto
UEFA Millətlər Liqası: Azərbaycan millisi səfərdə Litva ilə heç-heçə edib - YENİLƏNİB-5
Futbol18:50
Foto
Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib
Daxili siyasət18:33
Əraqçi: İran uranı dinc məqsədlər üçün 60 %-ə qədər zənginləşdirir
Region18:27
Foto