UEFA Millətlər Liqası: Azərbaycan millisi səfərdə Litva ilə heç-heçə edib - YENİLƏNİB-5

Futbol
  • 27 sentyabr, 2026
  • 18:53
UEFA Millətlər Liqası: Azərbaycan millisi səfərdə Litva ilə heç-heçə edib - YENİLƏNİB-5

Azərbaycan yığması UEFA Millətlər Liqasının yeni mövsümündə ilk oyununu keçirib.

"Report" Kaunasa ezam olunmuş əməkdaşı xəbər verir ki, Ayxan Abbasovun baş məşqçisi olduğu kollektiv səfərdə Litva ilə üz-üzə gəlib.

Darius və Girenas stadionundakı qarşılaşma 1:1 hesabı ilə bitib.

Meydan sahiblərinin heyətində 9-cu dəqiqədə Armandas Kuçis penaltini dəqiq yerinə yetirib. 14-cü dəqiqədə Mahir Emreli tarazlığı bərpa edib.

Xatırladaq ki, Litva seçməsi qrupdakı ilk görüşündə səfərdə Lixtenşteyni iki cavabsız qolla üstələyib.

UEFA Millətlər Liqasının Litva - Azərbaycan oyununda ikinci hissə başlayıb.

"Report"un Kaunasa ezam olunmuş əməkdaşı xəbər verir ki, hazırda görüşdə hesab bərabərdir - 1:1.

9-cu dəqiqədə meydan sahiblərindən Armandas Kuçis penaltini dəqiq yerinə yetirib.

14-cü dəqiqədə Mahir Emreli tarazlığı bərpa edib.

UEFA Millətlər Liqasının Litva - Azərbaycan oyununda ilk hissə başa çatıb.

"Report"un Kaunasa ezam olunmuş əməkdaşı xəbər verir ki, hazırda görüşdə hesab bərabərdir - 1:1.

9-cu dəqiqədə meydan sahiblərindən Armandas Kuçis penaltini dəqiq yerinə yetirib.

14-cü dəqiqədə Mahir Emreli tarazlığı bərpa edib.

UEFA Millətlər Liqasının Litva - Azərbaycan oyununda ikinci qol vurulub.

"Report"un Kaunasa ezam olunmuş əməkdaşı xəbər verir ki, Azərbaycan millisi hesabı bərabərləşdirib - 1:1.

14-cü dəqiqədə Mahir Emreli fərqlənib.

UEFA Millətlər Liqasının Litva - Azərbaycan oyununda hesab açılıb.

"Report"un Kaunasa ezam olunmuş əməkdaşı xəbər verir ki, matçda ilk qolu meydan sahibləri vurub - 1:0

9-cu dəqiqədə Armandas Kuçis penaltini dəqiq yerinə yetirib.

D Liqasının 2-ci qrupunun matçını Kiprdən olan FIFA referisi Menelaos Antoniou idarə edir.

UEFA Millətlər Liqasının Litva - Azərbaycan oyunu start götürüb.

"Report"un Kaunasa ezam olunmuş əməkdaşı xəbər verir ki, qarşılaşma Darius və Girenas stadionunda keçirilir.

D Liqasının 2-ci qrupunun matçını Kiprdən olan FIFA referisi Menelaos Antoniou idarə edir.

Xatırladaq ki, Litva seçməsi qrupdakı ilk görüşündə səfərdə Lixtenşteyni iki cavabsız qolla üstələyib.

44 - Tezliklə