ADY rəhbərliyi Zəfər parkını ziyarət edib

Daxili siyasət
  • 27 sentyabr, 2026
  • 18:27
ADY rəhbərliyi Zəfər parkını ziyarət edib

"Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) rəhbərliyi Anım Günü münasibətilə Zəfər parkını ziyarət edib.

"Report" ADY-yə istinadən xəbər verir ki, torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla yad edilib.

ADY rəhbərliyi Misilsiz qəhrəmanlıq dastanı yazmış şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə cansağlığı arzulayıb.