Saatlıda polisi bıçaqlayan şəxsin kimliyi məlum olub - YENİLƏNİB
- 22 yanvar, 2018
- 06:11
Yeniliklərdən dərhal xəbərdar olun!
Saatlı. 22 yanvar. REPORT.AZ/ Saatlı rayonunda polis əməkdaşını bıçaqlayan şəxsin kimliyi məlum olub.
"Report"un yerli bürosunun məlumatına görə, hadisəni törədən şəxs Saatlı rayon sakini, 1969-cu il təvəllüdlü Şöhrət Ağazədə oğlu Əliyevdir. O, polis əməkdaşı, 1983-cü il təvəllüdlü Əvəz Eynullayevi bıçaqladıqdan sonra hadisə yerindən qaçıb.
Hazırda Ş.Əliyevin axtarışları davam etdirilir.
Faktla bağlı Saatlı rayon Prokurorluğunda 29, 120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.
***19:24
Saatlı. 21 yanvar. REPORT.AZ/ Saatlı rayonunda polis əməkdaşı bıçaqlanıb.
"Report"un Aran bürosunun məlumatına görə, Saatlı Rayon Polis Şöbəsinin əməkdaşı, 1983-cü il təvəllüdlü Əvəz Eynullayev naməlum şəxs tərəfindən bıçaqlanıb.
Yaralı Saatlı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdımalara başlanılıb.