Qusarda avtomobil qəzasında xəsarət alanların kimliyi məlum olub - YENİLƏNİB
- 11 oktyabr, 2022
- 14:24
Yeniliklərdən dərhal xəbərdar olun!
Qusarda yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin kimliyi məlum olub.
"Report"un Şimal bürosunun məlumatına görə, yaralılar - Qusar rayon sakinləri, 1967-ci il təvəllüdlü Piyalə İmaməddin qızı Məmmədova, 1986-cı il təvəllüdlü Elşad Rahib oğlu Laçınov, 1989-cu il təvəllüdlü Elvin Marif oğlu Heybetov, 1990-cı il təvəlludlü Elvira Rafik qızı Əmiraslanova, 1992-ci il təvəllüdlü Murda Namid oğlu Məmmədov və 2005-ci il təvəllüdlü Naira Yaşar qızı Paşayevadır.
Xəsarət alanların hamısı Qusar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.
17:28
Qusarın Köhnə Xudat kəndinin ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un Şimal bürosu xəbər verir ki, “VAZ-2107” markalı minik avtomobili ilə “Mercedes” markalı mikroavtobus toqquşub.
Nəticədə 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Hələlik yaralıların kimliyi dəqiqləşdirilir.
İlkin məlumata görə, hadisəyə səbəb minik avtomobilinin ötmə əməliyyatı etməsi olub.
Hadisənin təfərruatı araşdırılır.