Qubada işlədiyi kafedən oğurluq edən şəxs saxlanılıb
Hadisə
- 14 iyul, 2023
- 04:33
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Qubada işlədiyi kafedən oğurluq edən şəxs saxlanılıb.
DİN Mətbuat Xidmətinin Quba regional qrupundan "Report"a verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinə rayon ərazisində oğurluq olması barədə məlumat daxil olub.
Polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, zərərçəkmişə məxsus obyektdən 2 580 manat pul və 4 ədəd bank kartının oğurlandığı müəyyən edilib.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində əməli törətməkdə şübhəli bilinən həmin kafenin işçisi Şirvan şəhər sakini, əvvəllər məhkum olunmuş Bayraməli İsmayılov saxlanılıb.
Faktla bağlı Quba RPŞ-də cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə həmin şəxsin barəsində həbs qətimkan tədbiri seçilib.
Son xəbərlər
06:49
"SpaceX" və "Tesla" dekabrda birləşə bilər
Digər ölkələr
06:18
Venesuela Kolumbiya ilə sərhəddə hərbi əməliyyata başlayıb
Digər ölkələr
05:52
Papua-Yeni Qvineya sahillərində 5,9 maqnitudalı zəlzələ baş verib
Digər ölkələr
05:04
İngiltərə millisi Millətlər Liqasının 1/4 finalına vəsiqə qazanıb
Futbol
04:31
Tramp: ABŞ Yaxın Şərq ölkələrinin xahişi ilə İrana qarşı daha sərt addımlardan çəkinib
Digər ölkələr
04:27
Albaniya 2028-ci ildə NATO sammitinə ev sahibliyi edə bilər
Digər ölkələr
04:02
İspaniya millisi məğlubiyyətsizlik seriyasını 43 matça çatdırıb
Komanda
03:56
Rumıniya ABŞ hərbi kontingentinin ölkədə genişləndirilməsini təklif edib
Digər ölkələr
03:53
Zelenski: Müharibənin əvvəlindən bəri ən böyük əsir mübadiləsi hazırlanır
Digər ölkələr