Papua-Yeni Qvineya sahillərində 5,9 maqnitudalı zəlzələ baş verib

Digər ölkələr
  • 13 noyabr, 2026
  • 05:52
Papua-Yeni Qvineya sahillərində 5,9 maqnitudalı zəlzələ baş verib

Papua-Yeni Qvineya sahillərində 5,9 maqnitudalı zəlzələ qeydə alınıb.

"Report" xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb.

Qeyd olunub ki, yeraltı təkanların episentri təxminən 14,4 min nəfərin yaşadığı Kavienq şəhərindən 144 kilometr şimal-qərbdə yerləşib.

Zəlzələnin ocağı 26 kilometr dərinlikdə olub. Sunami təhlükəsi elan edilməyib.