İngiltərə millisi Millətlər Liqasının 1/4 finalına vəsiqə qazanıb

Futbol
  • 13 noyabr, 2026
  • 05:04
İngiltərə millisi Millətlər Liqasının 1/4 finalına vəsiqə qazanıb

İngiltərə futbol millisi UEFA Millətlər Liqasının qrup mərhələsinin V turunda Xorvatiyanı 2:1 hesabı ilə məğlub edib.

"Report" xəbər verir ki, Londondakı "Uembli" stadionunda keçirilən görüşdə qaliblərin heyətində Morqan Rocers (24-cü dəqiqə) və Harri Keyn (64, penalti) fərqləniblər. Xorvatiyanın yeganə qolunu isə Petar Suçiç (59) vurub.

Bu qələbədən sonra xallarını 12-yə çatdıran İngiltərə millisi 3-cü qrupda ikinci pillədə qərarlaşıb və 1/4 finala vəsiqəni təmin edib.

Qrupda İspaniya 15 xalla liderdir. Xorvatiya 3 xalla üçüncü, Çexiya isə xalsız sonuncu pillədədir.

Yekun turda İngiltərə səfərdə İspaniya, Xorvatiya isə evdə Çexiya ilə qarşılaşacaq. Oyunlar noyabrın 15-də keçiriləcək.

44 filmi