Qubada aqrotexniki qaydada narkotik yetişdirən şəxs saxlanılıb    

Hadisə
  • 05 avqust, 2021
  • 11:12
Qubada aqrotexniki qaydada narkotik yetişdirən şəxs saxlanılıb    

Quba Rayon Polis Şöbəsinin əməkdaşları “Xaşxaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər planına uyğun olaraq narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə çərçivəsində apardıqları əməliyyat-axtarış tədbirləri zamanı Quba rayon 1-ci Nügədi kənd sakini Fariz Ağayev saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan "Report"a verilən məlumata görə, Quba RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxsin evinə baxış zamanı narkotik vasitə hesab olunan qurudulmuş marixuana və əkilib-becərilməsi qadağan olunmuş çətənə (kannabis) bitkisinin toxumları aşkar edilərək götürülüb.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində F.Ağayevin həyətyanı sahəsinə baxış zamanı aqrotexniki qaydada qulluq olunmuş 42 ədəd, yəni külli miqdarda narkotik tərkibli çətənə (kannabis) bitkisi aşkar edilərək götürülüb.

Faktla bağlı istintaq aparılır.