Qızına cehizi dələduzluqla alan qadının məhkəməsi keçirilib

Hadisə
  • 31 mart, 2017
  • 09:44
Qızına cehizi dələduzluqla alan qadının məhkəməsi keçirilib

Bakı. 31 mart. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Şöhrət Amanovanın cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un məlumatına görə, hakim Eynulla Vəliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin qızı Lalə Əliyeva şahid qismində ifadə verib.

O, anasının əməllərindən xəbərsiz olduğunu söyləyib. L.Əliyeva dindirilərkən qeyd edib ki, ona alınan cehizin pulunu sonradan imkanları olmadığı üçün verə bilməyiblər.

Daha sonra iclasda Ş.Amanova vəsatətlə çıxış edib. O, əlavə şahidlərin çağırılıb, məhkəmədə ifadə verməsini istəyib.

Vəsatət təmin edilməyib.

Məhkəmənin növbəti iclası aprelin 12-nə təyin edilib.

Qeyd edək ki, ittiham aktına əsasən, Ş.Amanova bir sıra şəxslərdən qızına cehiz, geyim alıb. O, aldığı malların sonradan pulunu verməyib. Hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılan qadının dələduzluqda ittiham olunub və barəsində həbs qətimkan tədbiri seçilib.

O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham olunur.