Qaradağda anasını döyərək öldürən şəxsin apellyasiya şikayəti təmin edilməyib

Hadisə
  • 15 may, 2019
  • 06:19
Qaradağda anasını döyərək öldürən şəxsin apellyasiya şikayəti təmin edilməyib

Bakı Apellyasiya Məhkəməsində anasını döyə-döyə öldürməkdə təqsirləndirilən Cəmil İslamovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

"Report"un xəbərinə görə, hakim Əmir Bayramovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, C.İslamovun apellyasiya şikayəti təmin edilməyib.

Qeyd edək ki, hadisə ötən il fevralın 25-də Qaradağ rayonunun Ələt qəsəbəsində baş verib. Qəsəbədə yaşayan C.İslamov münaqişə zəminində anası Zərnişan Allahverən qızı İslamovanı döyərək öldürüb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 17 il müddətinə azadlıqdan məhrum edilib.