Azərbaycan sərhədini pozaraq Avropaya miqrasiya etmək istəyən əcnəbilər saxlanılıb

Hadisə
  • 15 aprel, 2025
  • 11:57
Azərbaycan sərhədini pozaraq Avropaya miqrasiya etmək istəyən əcnəbilər saxlanılıb

Dövlət sərhədini qanunsuz keçməyə cəhd göstərən şəxslər saxlanılıb.

Bu barədə "Report"a Dövlət Sərhəd Xidmətindən məlumat verilib. 

Bildirilib ki, “Şəmkir” sərhəd dəstəsinin xidməti ərazisində Azərbaycandan Gürcüstan istiqamətində 1 (1996-cı il təvəllüdlü Shahroz Muhammad Pakistani), “Xudat” sərhəd dəstəsinin xidməti ərazisində Rusiya istiqamətində isə 4 (2006-cı il təvəllüdlü Haider İrfan Ali Vahab, 1994-cü il təvəllüdlü Rehman Zaid Jamil Abdul, 2002-ci il təvəllüdlü Hüssain Rahid Hüssain Hamid, 2003-cü il təvəllüdlü Asif Muhammed Noor) Pakistan vətəndaşı, “Zaqatala” sərhəd dəstəsinin xidməti ərazisində 1 Əlcəzair vətəndaşı (1990-cı il təvəllüdlü El Haouati Mohammad) dövlət sərhədini pozmağa cəhd göstərərkən saxlanılıblar.

Araşdırma tədbirləri nəticəsində saxlanılan şəxslərin dövlət sərhədini pozaraq qeyri-qanuni yolla Avropa ölkələrinə miqrasiya etmək niyyətində olduqları müəyyən edilib.