Rəsm Qalereyasının direktor müavini ilə bağlı cinayət işi başlanılıb
Hadisə
- 15 iyul, 2022
- 10:13
Mingəçevir Rəsm Qalereyasının direktor müavini Fatma Ələkbərovanın işə düzəltmək adı altında vətəndaşın pulunu ələ keçirməsi ilə bağlı daxil olmuş müraciət üzrə şəhər prokurorluğunda araşdırma aparılıb.
Bu barədə "Report"a Mingəçevir Şəhər Prokurorluğundan məlumat verilib.
Bildirilib ki, araşdırmalarla Fatma Ələkbərovanın tanışının Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına köçürülmə qaydasında işə qəbul olunacağı barədə yalan vədlər verməklə ondan 7 min manat pul vəsaitini alaraq ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 178.2.4 (xeyli miqdarda ziyan vurmaqla dələduzluq) və 32.4, 312.1-ci (rüşvət verməyə təhrik etmə) maddələri ilə cinayət işi başlanılıb.
Hazırda iş üzrə istintaq davam edir.
Son xəbərlər
17:31
Azərbaycanda Koreya Viktorinası keçiriləcək, qalib Seulda finala qatılacaq
Elm və təhsil17:27
Slovakiya Aİ-nin Rusiyaya qarşı yeni sanksiyalarını bloklamağa hazırdır
Digər ölkələr17:25
Foto
"Azərbaycan iqtisadiyyatının investisiya absorbsiyası" kitabının təqdimatı keçirilib
Biznes17:24
Foto
Azərbaycan və Rusiya rəsmiləri Ağbənd avtomobil körpüsünün icra vəziyyəti ilə tanış olublar
İnfrastruktur17:24
Ailə başçısını itirməyə görə sosial ödəniş alan tələbələrdən arayış tələb olunmayacaq
Sosial müdafiə17:20
Cozef Aun Netanyahu ilə danışıqlardan imtina edib - YENİLƏNİB
Digər ölkələr17:18
"Gəncə" komandasının baş məşqçisi Halil Atlı: "Meydanda xarakter göstərdik"
Komanda17:15
Pit Heqset: NATO müttəfiqləri münaqişənin ən gərgin anında ABŞ-yə dəstək verməyib
Digər ölkələr17:11
Foto