​Maştağada bıçaqla qətlə yetirilən kişi meyiti tapılıb

Hadisə
  • 14 iyul, 2015
  • 08:36
​Maştağada bıçaqla qətlə yetirilən kişi meyiti tapılıb

Bakı. 14 iyul. REPORT.AZ/ Sabunçu rayonunun Maştağa qəsəbəsində 40-45 yaşlı kişi meyiti tapılıb. Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bu gün Sabunçu rayonunun Maştağa qəsəbəsində Gəncə şəhər sakini Abbas Mehdiyevə məxsus "AzSamand" markalı avtomobildə bıçaqla qətlə yetirilən 40-45 yaşlı kişi meyiti tapılıb.

Faktla bağlı Sabunçu RPİ əməliyyat-axtarış tədbirləri aparılır.

44 - Tezliklə