Kiyevdə iki azərbaycanlı böyük həcmdə narkotik satışına görə saxlanılıb

Hadisə
  • 29 dekabr, 2016
  • 10:46
Kiyevdə iki azərbaycanlı böyük həcmdə narkotik satışına görə saxlanılıb

Bakı. 29 dekabr. REPORT.AZ/ Kiyevdə iki azərbaycanlı narkotik satışına görə Ukrayna hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

"Report" UNN-ə istinadən xəbər verir ki, onlar 120 qram heroin və 20 qram kokaini 6,6 min dollara satmağa cəhd edərkən cinayət başında yaxalanıblar.

Axtarış zamanı narkotacirlərdən pul, istifadəsi qadağan olunan preparatlar, o cümlədən metadon, eləcə də tapança və patronlara oxşar əşyalar müsadirə olunub.

Hazırda istintaq davam edir.

44 - Tezliklə