Ukraynaya endirilən zərbələr nəticəsində ölənlərin sayı 18-ə çatıb - YENİLƏNİB-2

Digər ölkələr
  • 07 oktyabr, 2026
  • 19:10
Ukraynaya endirilən zərbələr nəticəsində ölənlərin sayı 18-ə çatıb - YENİLƏNİB-2

Rusiyanın Ukraynanın Çerniqov vilayətinin Priluki şəhərinə endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 18 nəfərə çatıb.

"Report" xəbər verir ki, bu barədə Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti teleqram kanalında məlumat yayıb.

"Rusiya Silahlı Qüvvələrinin Çerniqov vilayətindəki Prilukiyə endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 4-ü uşaq olmaqla 18 nəfərə çatıb", - məlumatda bildirilib.

Zərbələr nəticəsində 55 nəfər, o cümlədən 7 uşaq yaralanıb.

Hadisə yerində axtarış-xilasetmə işləri və dağıntıların aradan qaldırılması davam edir.

Rusiyanın Priluki şəhərinə endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 16 nəfərə çatıb.

"Report" Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə vilayət polisinin "Facebook"dakı məlumatında bildirilib.

"Priluki şəhərində raketin yaşayış binasına düşməsi nəticəsində 16 nəfər ölüb, onlardan 4-ü uşaqdır, 55 nəfər, o cümlədən 7 uşaq yaralanıb", – məlumatda qeyd olunub.

Polisin məlumatına görə, 15 çoxmənzilli və 16 fərdi ev zədələnib. Axtarış-xilasetmə işləri davam edir.

Rusiya Silahlı Qüvvələri Ukraynanın Çerniqov vilayətinin Priluki şəhərinə raket zərbəsi endirməsi nəticəsində 13 dinc sakin həlak olub, 50 nəfər isə yaralanıb.

"Report" xəbər verir ki, bu barədə Çerniqov Vilayət Prokurorluğunun mətbuat xidməti Teleqram kanalında məlumat yayıb.

"Saat 12:50-yə olan məlumata görə, Rusiyanın şəhərə hücumu nəticəsində 13 mülki şəxsin, o cümlədən 4 uşağın həlak olduğu, 50 nəfərin isə yaralandığı müəyyən edilib. Yaralılardan 7-si uşaqlardır", – məlumatda bildirilir.

Uçmuş evin dağıntıları altında insanların axtarışı davam edir.

44 - Tezliklə