Kamil Xasiyev etimadnaməsini Avstriya Prezidentinə təqdim edib
- 07 oktyabr, 2026
- 19:13
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanın Avstriyadakı səfiri Kamil Xasiyev etimadnaməsini Avstriya Respublikasının Federal Prezidenti Aleksander Van der Bellenə təqdim edib.
"Report" xəbər verir ki, bu barədə Azərbaycanın Avstriya və Sloveniyadakı səfirliyinin "X" sosial şəbəkə hesabında məlumat paylaşılıb.
"Səfir K. Xasiyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını və ən xoş arzularını cənab Aleksander Van der Bellenə çatdırıb", - paylaşımda bildirib.
Qeyd olunub ki, təqdimetmə mərasimi Prezident iqamətgahının yerləşdiyi Hofburq sarayında Azərbaycan və Avstriyanın dövlət himnlərinin sədaları altında fəxri qarovul qarşısında keçidlə sona çatıb.
🇦🇿 Səfir Kamil Xasiyev Azərbaycan Respublikasının Avstriya Respublikasında səfiri təyin edilməsinə dair etimadnamələrini Avstriya Respublikasının Federal Prezidenti Aleksander Van der Bellenə təqdim etmişdir. Səfir K.Xasiyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını və ən xoş arzularını cənab Aleksander Van der Bellenə çatdırmışdır. Təqdimetmə mərasimi Prezident iqamətgahının yerləşdiyi Hofburq sarayında Azərbaycan və Avstriyanın dövlət himnlərinin sədaları altında fəxri qarovul qarşısında keçidlə sona çatmışdır.
— Embassy of Azerbaijan in Austria and Slovenia (@AzEmbAustria) October 7, 2026