İsmayıllıda avtomobil ağaca çırpılıb, xəsarət alanlar var
Hadisə
- 27 iyun, 2023
- 14:37
İsmayıllı rayonunda ağır yol-nəqliyyat hadisəsi olub, xəsarət alanlar var.
"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Muğanlı-İsmayıllı yolunun rayonun Talıstan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, həmin yolda hərəkətdə olan 99-UO-776 dövlət nömrə nişanlı "KİA" markalı minik avtomobili yoldan çıxaraq ağaca çırpılıb. Hadisə zamanı 1997-ci il təvəllüdlü Mirzəlizadə Vüsal Məsim oğlu və 1984-cü il təvəllüdlü Ağaməmmədova Samirə Eldar qızı xəsarət alıb.
Yaralılar İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır.
Son xəbərlər
17:24
"Sevilya" Robbi Yurun keçidini rəsmiləşdirib
Futbol17:20
Ekspert: "Açıq mənbələrdən məlumatların kütləvi toplanılması ilk növbədə maliyyə riski yaradır"
İKT17:19
ABŞ Oman körfəzində gəmiyə hücum edib
Digər ölkələr17:14
Kataniya aeroportu Etna vulkanının püskürməsi səbəbindən bağlanıb
Digər ölkələr17:12
Şüvəlanda bir il əvvəl itkin düşmüş ahıl qadının qətlə yetirildiyi məlum olub, oğlu tutulub
Hadisə17:09
Video
Kolumbiyada zəlzələ nəticəsində ölənlərin sayı 220 nəfəri ötüb - YENİLƏNİB-11
Digər ölkələr17:05
Avropa Komissiyası miqrantlarla bağlı gərginliyi şərh etməkdən imtina edib
Digər ölkələr17:00
Meduzalar Fransanın ən iri AES-nin işini iflic edib
Digər ölkələr16:56