İsmayıllıda 44 yaşlı kişi intihar edib
Hadisə
- 19 iyul, 2023
- 00:33
İsmayıllı rayonunda intihar hadisəsi baş verib.
"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, İsmayıllı şəhər sakini 1979-cu il təvəllüdlü Əliyev Pərviz Nəsir oğlu yaşadığı evdə özünü kəndirlə asaraq intihar edib.
Qeyd edək ki, iyunun 24-də Pərviz Əliyevin həyat yoldaşı 1978-ci il təvəllüdlü Əliyeva Şəfa Eynulla qızı şəkər xəstəliyi səbəbindən komaya düşərək İsmayıllı rayon Mərkəzi Xəstəxanasına gətirilmiş və orada dünyasını dəyişmişdi, eləcə də Pərviz Əliyev arvadının ölümünə dözməyərək həmin gün özünə bıçaq xəsarətləri yetirmişdi.
Həkimlərin səyi nəticəsində onun həyatı xilas edilmişdi. O, müalicə olunaraq evə buraxılsa da, bu gün intihar edib.
Faktla bağlı İsmayıllı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
Son xəbərlər
01:10
Tramp İrlandiya viskisinə rüsumların ləğv ediləcəyini açıqlayıb
Digər ölkələr00:40
Fransa insan hüquqlarının müdafiəsi sahəsindəki tənqidə görə ABŞ-dən üzr istəyib
Digər ölkələr00:15
Fars körfəzi ölkələrinin XİN başçılarının Oman görüşü təxirə salınıb
Digər ölkələr23:55
Böyük Britaniya və Aİ sammiti yenidən təxirə salınıb
Digər ölkələr23:45
ABŞ-nin energetika naziri hazırda İranla razılaşmaya ümid etməməyə çağırıb
Digər ölkələr23:30
UKMTO: Hörmüz boğazında gəmilərdən biri hücuma məruz qalıb
Digər ölkələr23:16
Kris Rayt: ABŞ İrana nüvə yanacağı tədarük etməyə hazırdır
Digər ölkələr22:59
Göyərtəsində ABŞ konqresmeninin olduğu təyyarə gölə qəza enişi edib
Digər ölkələr22:44